Əfqanıstanda partlayış baş verib, rayon rəhbəri ölüb

Əfqanıstanda partlayış baş verib, rayon rəhbəri ölüb Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzində partlayış baş verib.
Digər ölkələr
10 Oktyabr , 2021 12:56
Əfqanıstanda partlayış baş verib, rayon rəhbəri ölüb

Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində əyalətin Rodat inzibati rayonunun rəhbəri ölüb. Partlayış zamanı 3 "Taliban" tərəfdarı yaralanıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Nanqarhar İŞİD-in bir qolu olan Xorasan İslam Dövləti ilə əlaqəli silahlı dəstələrin cəmləşdiyi ərazi hesab olunur.

Son xəbərlər

Orphus sistemi