Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var

Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var Xəsarət alanlar arasında Ləğman vilayəti Şurasının rəhbəri də var
Digər ölkələr
4 Avqust , 2016 10:59
Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var

Bakı. 4 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Ləğman vilayətinin Mehtərlam şəhərində partlayış baş verib.

"Report" "Pajhwok" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Xəsarət alanlar arasında Ləğman vilayəti Şurasının rəhbəri də var. Polisin versiyasına görə, hücumun da məqsədi məhz Şura rəhbəri olub.

Bu ana qədər regionda mövcud olan terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi