Əfqanıstanda parlament üzvünün evini partlatmağa cəhd göstərilib

Əfqanıstanda parlament üzvünün evini partlatmağa cəhd göstərilib Partlayışdan əvvəl parlamentarinin iki mühafizəçisinə atış açılıb
Digər ölkələr
30 Avqust , 2017 11:49
Əfqanıstanda parlament üzvünün evini partlatmağa cəhd göstərilib

Bakı. 30 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətindəki Cəlalabad şəhərində parlament üzvünün evi yaxınlığında partlayış baş verib.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, şəhər valisinin nümayəndəsi partlayış nəticəsində xəsarət alanların olduğunu bildirib, ancaq ölən və yaralananların dəqiq sayı hələlik müəyyən edilməyib.

Öz növbəsində, vali parlament üzvünün iki mühafizəçisinə atəş açıldığını vurğulayıb.

Məlumata görə, partlayışdan sonra atışma səsləri eşidilib.

Son xəbərlər

Orphus sistemi