Əfqanıstanda Pakistanın keçmiş baş nazirinin oğlu əsirlikdən azad edilib

Əfqanıstanda Pakistanın keçmiş baş nazirinin oğlu əsirlikdən azad edilib Əli Heydər Gilani 2013-ci ildə əsir düşmüşdü
Digər ölkələr
11 May , 2016 14:50
Əfqanıstanda Pakistanın keçmiş baş nazirinin oğlu əsirlikdən azad edilib

Bakı. 11 may. REPORT.AZ/ Əfqanıstanda Pakistanın keçmiş baş nazirinin oğlu əsirlikdən azad edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı Əli Heydər Gilani artıq vətəninə qayıdıb. Onu ailə üzvləri və dostları qarşılayıblar.

Girov ABŞ və Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən birgə əməliyyat zamanı aşkar edilib. O, 2013-cü ildə seçkiqabağı mitinq zamanı naməlum şəxslər tərəfindən qaçırılmışdı. Həmin vaxt o, Pakistan Xalq Partiyasından Pəncabın qanunvericilik məclisinə deputatlığa namizəd idi.

İlkin məlumatlara görə, Ə.H.Gilani "Taliban" hərəkatı tərəfindən girov saxlanıb.

Son xəbərlər

Orphus sistemi