Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib "Taliban" Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qəbul edib.
Digər ölkələr
18 Sentyabr , 2021 23:25
Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

"Taliban" tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.

Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.

İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir.

Bundan əlavə, ölkədə bir bayram təsis edilib - "İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü".

Son xəbərlər

Orphus sistemi