Əfqanıstanda neft tankerində baş verən partlayışda 2 nəfər ölüb

Əfqanıstanda neft tankerində baş verən partlayışda 2 nəfər ölüb Partlayış və sonradan başlayan yanğın nəticəsində yaxınlıqdakı 40 mağaza yanıb
Digər ölkələr
6 Mart , 2018 10:24
Əfqanıstanda neft tankerində baş verən partlayışda 2 nəfər ölüb
Fotolia

Bakı. 6 mart. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Kabil çayında neft tankerinin partlaması nəticəsində azı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Partlayış bu gün səhər saatlarında Cəlalabad şəhərinin yaxınlığında baş verib. Partlayış və sonradan başlayan yanğın nəticəsində yaxınlıqdakı 40 mağaza yanıb.

Partlayışın səbəbi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi