Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin
Telekanalın məlumatına görə, həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.
Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.
Daha əvvəl hücum zamanı 2 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilirdi.