Yuxarı

​Əfqanıstanda NATO-nun avtomobil karvanına hücum olub

Toqquşma nəticəsində yaranan partlayışın dalğasından ətraf evlərə ziyan dəyib

Bakı. 7 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda NATO-nun avtomobil karvanına hücum nəticəsində hərbçi və Əfqanıstan vətəndaşı yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Kabul polis idarəsinin rəisi Əbdül Rəhman Rəhimi bildirib.

Onun sözlərinə görə, hadisə Şah Şəhid rayonunda baş verib: "İçərisində partlayıcı olan avtomobili intiharçı-terrorçu NATO hərbçilərinin maşın karvanına dorğu sürüb, nəticədə partlayış baş verib. Bir hərbçi, bir əfqan yaralanıb. Hərbçinin şəxsiyyəti barədə məlumatımız yoxdur. Araşdırma aparılır".

Xəbərdə bildirilib ki, ağ rəngli avtomobil zirehli maşına çırpılıb. Bu toqquşma nəticəsində yaranan partlayışın dalğasından ətraf evlərə də ziyan dəyib.

Hadisənin məsuliyyətini üzərinə götürən "Taliban" hərəkatının təmsilçisi Zəbiullah Mücahid isə hücum nəticəsində NATO-nun bir hərbçisinin öldüyünü iddia edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi