Əfqanıstanda NATO karvanı yaxınlığında partlayış olub, 50-dən çox insan xəsarət alıb - YENİLƏNİB

Əfqanıstanda NATO karvanı yaxınlığında partlayış olub, 50-dən çox insan xəsarət alıb - YENİLƏNİB Əfqanıstanın Parvan əyalətində Baqram aviabazasının yerləşdiyi ərazidə NATO qüvvələrinin avtomobil karvanı yaxınlığında törədilən partlayışda xəsarət alanların sayı 50-ni ötüb.
Digər ölkələr
11 Dekabr , 2019 10:47
Əfqanıstanda NATO karvanı yaxınlığında partlayış olub, 50-dən çox insan xəsarət alıb  - YENİLƏNİB

Əfqanıstanın Parvan əyalətində Baqram aviabazasının yerləşdiyi ərazidə NATO qüvvələrinin avtomobil karvanı yaxınlığında törədilən partlayışda xəsarət alanların sayı 50-ni ötüb.   

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli hökumətin nümayəndələri bildirib.

Xəsarət alanların hamısı yerli dinc sakinlərdir. Onların durumu barədə məlumat verilməyib. 


*** 08:54

Əfqanıstanda NATO karvanı yaxınlığında törədilmiş partlayış zamanı azı 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “TOLOnews” məlumat yayıb.

Məlumata görə, hadisə Parvan əyalətində, Bahram rayonunda qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, yaralılar arasında NATO və ya ABŞ hərbçiləri yoxdur. NATO missiyasından bildirilib ki, hücumun hədəfi alyans yox, tibb müəssisəsi olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi