​Əfqanıstanda minaaxtaranlar güllələnib: 12 ölü, 12 yaralı

​Əfqanıstanda minaaxtaranlar güllələnib: 12 ölü, 12 yaralı Hadisənin detalları və qurbanların sayı dəqiqləşdirilir
Digər ölkələr
13 Dekabr , 2014 16:44
​Əfqanıstanda minaaxtaranlar güllələnib: 12 ölü, 12 yaralı

Bakı. 13 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Gilmənd əyalətində odlu silahdan açılan atəş nəticəsində minaaxtaranlar komandasının 12 üzvü ölüb, 12 nəfər yaralanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, minaaxtaranlar xidməti vəzifələrini icra edərkən yaraqlılar tərəfindən atəşə tutulublar.

Hadisənin detalları və qurbanların sayı dəqiqləşdirilir.

Bu basqının məsuliyyətini hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi