Əfqanıstanın şərqindəki Kapis əyalətinin minaatanlardan atəşə tutulması nəticəsində azı 10 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Tolo News” agentliyi məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində həmçinin 8 nəfər xəsarət alıb.
Mərmi toy mərasiminin keçirildiyi evə düşüb. Mənbə qeyd edib ki, insident Əfqanıstanın güc strukturu əməkdaşlarının “Taliban” hərəkatının silahlıları ilə toqquşması zamanı baş verib.
Polisin nümayəndəsi bildirib ki, mərmi “taliban”çılar tərəfindən atılıb. Öz növbəsində hərəkatın üzvləri də hadisəyə məsuliyyəti güc strukturunun üzərinə atıblar.