Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak olub

Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak olub Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlaması nəticəsində beş azyaşlı ölüb.
Digər ölkələr
25 Noyabr , 2021 21:44
Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak olub
0 : 00
0 : 00

Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlayışı nəticəsində beş azyaşlı ölüb.

"Report" xəbər verir ki, bu barədə "Aamaj News" məlumat yayıb.

Regionun İnformasiya və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə, hadisə vilayətin mərkəzi rayonlarından birində - Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.

Oxşar hadisələr mütəmadi olaraq Əfqanıstanın müxtəlif bölgələrində baş verir. Belə ki, noyabrın 8-də Uruzqan vilayətində mərminin partlaması nəticəsində 3 uşaq həlak olub, daha 5-i yaralanıb.

Son xəbərlər

Orphus sistemi