Əfqanıstanda mina partlayışı nəticəsində 8 nəfər ölüb

Əfqanıstanda mina partlayışı nəticəsində 8 nəfər ölüb Əfqanıstanın şimalındakı Bağlan əyalətində törədilən partlayış nəticəsində azı 8 mülki şəxs ölüb, 6 nəfər yaralanıb.
Digər ölkələr
4 Noyabr , 2019 13:35
Əfqanıstanda mina partlayışı nəticəsində 8 nəfər ölüb

Əfqanıstanın şimalındakı Bağlan əyalətində törədilən partlayış nəticəsində azı 8 mülki şəxs ölüb, 6 nəfər yaralanıb.

“Report” AP-yə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, əyalət mərkəzi Puli Xumri şəhərinin yaxınlığındakı Dənd-i Şahabuddin qəzasında yol kənarında baş verən partlayışda yaralananlar qadın və uşaqlardır.

Partlayışın məsuliyyətini hələlik heç kim üzərinə götürməsə də, sözügedən bölgənin “Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi