Əfqanıstanda məscid yaxınlığında partlayış olub, ölənlər və yaralananlar var

Əfqanıstanda məscid yaxınlığında partlayış olub, ölənlər və yaralananlar var Əfqanıstanın şərqində yerləşən Host əyalətində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Digər ölkələr
14 avqust 2023 12:42
Əfqanıstanda məscid yaxınlığında partlayış olub, ölənlər və yaralananlar var

Əfqanıstanın şərqində yerləşən Host əyalətində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiyadan bildirilib.

Məlumata görə, partlayış əyalətin mərkəzi Host şəhərində məscid yaxınlığında olub. Partlayışın qurbanları Pakistanın Əfqanıstanla sərhədində yerləşən Vəziristan əyalətinin sakinləridir.

Vurğulanıb ki, yaralılar hospitala yerləşdirilib. Hadisə yerinə güc strukturlarının nümayəndələri gediblər.

Hadisənin səbəb və şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi