Əfqanıstanda məscid yaxınlığında partlayış törədilib: ölənlər və yaralananlar var

Əfqanıstanda məscid yaxınlığında partlayış törədilib: ölənlər və yaralananlar var Hadisə nəticəsində 6 nəfər həlak olub, 10 nəfər xəsarət alıb
Digər ölkələr
15 İyun , 2017 23:20
Əfqanıstanda məscid yaxınlığında partlayış törədilib: ölənlər və yaralananlar var
Foto: Xinhuanet.com

Bakı. 15 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildəki məscidlərdən birinin yaxınlığında partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Nazirlik hadisənin terror hücumu olduğunu bildirib. DİN rəsmisi Nəcib Daneş bildirib ki, hücum nəticəsində ölənlər var. Hadisə yerinə xeyli sayda polis göndərilib.

Əfqanıstanın "Tolo News" telekanalı isə partlayışın məsciddə törədildiyini xəbər verib. Telekanalın məlumatında bildirilir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.

Partlayışdan sonra ərazidə atışma olub. 

Son xəbərlər

Orphus sistemi