Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb

Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb İnsident zamanı həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olub
Digər ölkələr
27 avqust 2017 21:01
Əfqanıstanda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb

Bakı. 28 avqust. REPORT.AZ/ Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadzenin minalanmış avtomobili partlaması nəticəsində 13 nəfər ölüb, 19 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Partlayış hərbi karvana hücum zamanı baş verib, həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olub.

Hücuma görə məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi