Bakı. 19 iyul. REPORT.AZ/ Əfqanıstanda istehsal olunan narkotik maddələrin 30 faizi İrandan keçərək Avropaya ötürülür.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Beynəlxalq Narkotiklərə qarşı Mübarizə Mərkəzinin sədrinin müavini Əsədulah Hadinejad bildirib.
Onun sözlərinə görə, beynəlxaq koalisiya qüvvələri Əfqanıstana müdaxilə edənədək ölkədə 200 ton narkotik maddə istehsal olunurdu: “Bu qüvvələr çıxdıqdan sonra həmin rəqəm 6 min tona yüksəldi. Son 13 ildə Əfqanıstanda narkotik maddələrin istehsalı artaraq 9 min tona çatıb”.