Əfqanıstanda iki kamikadzenin özünü partlatması nəticəsində 30 "talibançı" həlak olub

Əfqanıstanda iki kamikadzenin özünü partlatması nəticəsində 30 "talibançı" həlak olub Ölənlər arasında bir neçə səhra komandiri də var
Digər ölkələr
11 Avqust , 2017 21:46
Əfqanıstanda iki kamikadzenin özünü partlatması nəticəsində 30 talibançı həlak olub

Bakı. 11 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbində "Taliban" hərəkatının 2 üzvünün üzərindəki partlayıcı maddənin işə düşməsi nəticəsində qruplaşmanın 30 silahlısı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Fərəh vilayətinin rayonlarından birində baş verib. Vilayətin qubernatorunun nümayəndəsi Nasir Mehri bildirib ki, kamikadzelərdən ikisi silahlı qruplaşmaların rəhbərlərinin görüşü zamanı özlərini partladıb. O, əlavə edib ki, ölənlər arasında bir neçə səhra komandiri də var.

Qubernatorun nümayəndəsinin sözlərinə görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum planını müzakirə etmək üçün toplaşıblar.

Son xəbərlər

Orphus sistemi