Əfqanıstanda İŞİD və "Taliban" arasında silahlı toqquşma olub, 5 terrorçu ölüb

Əfqanıstanda İŞİD və "Taliban" arasında silahlı toqquşma olub, 5 terrorçu ölüb Daha 3 terrorçu yaralanıb
Digər ölkələr
29 Oktyabr , 2017 17:30
Əfqanıstanda İŞİD və Taliban arasında silahlı toqquşma olub, 5 terrorçu ölüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD və "Taliban" terror qruplaşmalarının üzvləri arasında baş verən silahlı toqquşma zamanı azı 5 yaraqlı ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət dairələrinə istinadən "Khaama Press" məlumat yayıb.

Məlumata görə, tərəflər arasında döyüş şənbə günü səhər saatlarında Xocani rayonunda başlayıb. Atışma nəticəsində İŞİD-in 5 yaraqlısı ölüb, "Taliban" qruplaşmasının 3 silahlısı yaralanıb.

Toqquşmanın səbəbləri barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi