Yuxarı

Əfqanıstanda İŞİD terrorçuları Taliban yaraqlılarının başını kəsib

ABŞ-a məxsus pilotsuz təyyarə İŞİD terror qruplaşmasının 17 üzvünü məhv edib

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-a məxsus pilotsuz təyyarə bu gün Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində İŞİD terror qruplaşmasının 17 üzvünü məhv edib.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, hava zərbəsi İŞİD üzvlərinin həmin ərazidə 7 nəfəri edam etməsi zamanı baş verib.

Vilayət qubernatorunun sözçüsü Ataullah Xoqyani bildirib ki, başı kəsilən şəxslərdən altısı Taliban yaraqlısı olub.

O, əlavə edib ki, edamın həyata keçirilməsi ilə hava hücumu eyni vaxta təsadüf edib və nəticədə 17 İŞİD döyüşçüsü öldürülüb. Onlar arasında terrorçuların bir neçə mühüm komandiri də olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi