Əfqanıstanda İŞİD rəhbərlərindən biri zərərsizləşdirilib

Əfqanıstanda İŞİD rəhbərlərindən biri zərərsizləşdirilib Bakı. 26 avqust. REPORT.AZ/ Əfqanıstanın silahlı qüvvələri ölkənin şərqində keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.
Digər ölkələr
26 Avqust , 2018 12:51
Əfqanıstanda İŞİD rəhbərlərindən biri zərərsizləşdirilib

Bakı. 26 avqust. REPORT.AZ/ Əfqanıstanın silahlı qüvvələri ölkənin şərqində keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "1TV" telekanalı məlumat yayıb.

Bildirilir ki, Əbu Sayed Orakzai Əfqanıstanın Hərbi Hava Qüvvələrinin şənbə günü, gecə Nanqarhar vilayətinə endirdiyi hava zərbələri zamanı zərərsizləşdirilib. Əməliyyat Milli Təhlükəsizlik İdarəsinin (NDS) kəşfiyyat məlumatları əsasında keçirilib.

Telekanalın məlumatına görə, əməliyyat zamanı İŞİD-in habelə daha 10 silahlısı məhv edilib.

Son xəbərlər

Orphus sistemi