​Əfqanıstanda İŞİD-in liderlərindən biri və 12 terrorçu öldürülüb

​Əfqanıstanda İŞİD-in liderlərindən biri və 12 terrorçu öldürülüb Onun Pakistan vətəndaşı olduğu haqda məlumat yayılıb
Digər ölkələr
15 Yanvar , 2016 10:47
​Əfqanıstanda İŞİD-in liderlərindən biri və 12 terrorçu öldürülüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Əfqanıstan Hərbi Hava Qüvvələrinin ölkənin şərqində yerləşən Nanqarhar əyalətinin Açin rayonunda terrorçu İŞİD-in mövqelərinə havadan endirdiyi zərbələr nəticəsində qruplaşmanın adı çəkilməyən liderlərindən biri və 12 terrorçu öldürülüb. 

"Report" "Khaama Press" agentliyinə istinadən xəbər verir ki, bunu əyalətin başçısı Qalib Mücahid bildirib.

Əməliyyatda Pilotsuz Uçan Aparatlardan da istifadə olunub. 

Terrorçular öldürülən liderlərin adını çəkməsələr də onun Pakistan vətəndaşı olduğu haqda məlumat yayılıb. 

Son xəbərlər

Orphus sistemi