Əfqanıstanda hökumətin istefası tələbi ilə aksiya keçirilib

Əfqanıstanda hökumətin istefası tələbi ilə aksiya keçirilib Polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində xəsarət alanlar haqqında məlumat yayılmayıb
Digər ölkələr
2 İyun , 2017 12:25
Əfqanıstanda hökumətin istefası tələbi ilə aksiya keçirilib
Ria.ru

Bakı. 2 iyun. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda ölkə prezidenti Əşrəf Qəni hökumətinin istefası tələbi ilə nümayiş keçirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb.

Belə ki, bir neçə min insan Kabulda mayın 31-də terror törədilən yerə toplaşaraq aksiya keçiriblər. Polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində xəsarət alanlar haqqında məlumat yayılmayıb.

Xatırladaq ki, mayın 31-də Kabulda törədilən terror nəticəsində 100 nəfər ölüb, 600 nəfər isə yaralanıb. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi