Əfqanıstanda hərbi məntəqələrə hücumlar törədilib, ölənlər var

Əfqanıstanda hərbi məntəqələrə hücumlar törədilib, ölənlər var Əfqanıstanın şimal-şərqindəki Taxar əyalətində “Taliban” hərəkatı tərəfindən hökumət qüvvələrinin nəzarət məntəqələrinə ötən gecə törədilən hücumlar nəticəsində 8 nəfər ölüb, 6 nəfər yaralanıb.
Digər ölkələr
6 Sentyabr , 2019 14:45
Əfqanıstanda hərbi məntəqələrə hücumlar törədilib, ölənlər var

Əfqanıstanın şimal-şərqindəki Taxar əyalətində “Taliban” hərəkatı tərəfindən hökumət qüvvələrinin nəzarət məntəqələrinə ötən gecə törədilən hücumlar nəticəsində 8 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, əyalət qubernatorunun sözçüsü Məhəmməd Cavad Hicri hücumlar nəticəsində 6 nəfər hərbçinin həlak olduğu, 4-nün də yaralandığını qeyd edib.

Həmçinin yaşayış evinə minaatan mərmisinin düşməsi nəticəsində 2 nəfər dinc sakin ölüb, daha 2 nəfər də xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi