Əfqanıstanda hərbi avtomobil partladılıb.
“Report” “Tolo News”a istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin əməkdaşı Fərid Xan bildirib.
Nanqahar əyalətinin Cəlalabad şəhərində baş verən hadisə nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Məlumata görə, əldəqayırma partlayıcı hərbi avtomobilə yerləşdirilibmiş.