Əfqanıstanda hərbçilərlə "Taliban" arasında atışma olub, 5 dinc sakin ölüb, 12-si yaralanıb

Əfqanıstanda hərbçilərlə "Taliban" arasında atışma olub, 5 dinc sakin ölüb, 12-si yaralanıb Əfqanıstanın cənubunda hərbçilərlə “Taliban” qruplaşması arasında baş verən atışma nəticəsində 3-ü uşaq, 2-i qadın omaqla 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Digər ölkələr
30 İyul , 2021 12:04
Əfqanıstanda hərbçilərlə Taliban arasında atışma olub, 5 dinc sakin ölüb, 12-si yaralanıb

Əfqanıstanın cənubunda hərbçilərlə “Taliban” qruplaşması arasında baş verən atışma nəticəsində 3-ü uşaq, 2-si qadın omaqla 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi, Zabul əyaləti xəstəxanasının baş həkimi Nazir Xarifal bildirib.

Məlumata görə, atışma Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətinin Kalat dairəsində baş verib.

Zabul Əyaləti Polis İdarəsi insidentlə bağlı “Taliban” qruplaşmasını ittiham edib. Qruplaşma isə hadisəyə hələ ki münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi