Əfqanıstanda hərbçilərlə silahlılar arasında atışma olub, 20 nəfər ölüb

Əfqanıstanda hərbçilərlə silahlılar arasında atışma olub, 20 nəfər ölüb “Taliban” silahlılarının Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin Curum rayonundakı hərbi hissəyə hücumu nəticəsində 3 hərbçi ölüb.
Digər ölkələr
15 Sentyabr , 2020 13:25
Əfqanıstanda hərbçilərlə silahlılar arasında atışma olub, 20 nəfər ölüb

“Taliban” silahlılarının Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin Curum rayonundakı hərbi hissəyə hücumu nəticəsində 3 hərbçi ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın 217-ci Pamir korpusunun 2-ci briqadasının komandanlığının sözçüsü Əbdül Mennaf Nazari bildirib.

Onun sözlərinə görə, hücumdan sonra baş verən atışma nəticəsində 17 silahlı zərərsizləşdirilib.

“Taliban” hələlik məsələ ilə bağlı açıqlama yaymayıb. 

Son xəbərlər

Orphus sistemi