Əfqanıstanda hərbçilərə hücum olub, ölən və yaralanan var

Əfqanıstanda hərbçilərə hücum olub, ölən və yaralanan var Əfqanıstanda hərbçilərin avtomobilinə silahlı hücum olub.
Digər ölkələr
17 May , 2020 17:51
Əfqanıstanda hərbçilərə hücum olub, ölən və yaralanan var

Əfqanıstanda hərbçilərin avtomobilinə silahlı hücum olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aryen jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hadisə paytaxtda Kabildə qeydə alınıb. Hərbi avtomobilə açılan atəş nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Qeyd edilir ki, hadisəni törədən cinayətkarların tutulması üzrə əməliyyat keçirilir.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi