Əfqanıstanda helikopter qəzaya uğrayıb, 3 hərbçi ölüb, 1-i yaralanıb

Əfqanıstanda helikopter qəzaya uğrayıb, 3 hərbçi ölüb, 1-i yaralanıb Əfqanıstan Hərbi Hava qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 3 hərbçi ölüb, biri yaralanıb.
Digər ölkələr
9 İyun , 2021 11:23
Əfqanıstanda helikopter qəzaya uğrayıb, 3 hərbçi ölüb, 1-i yaralanıb

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi ölüb, biri yaralanıb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib.

“Taliban” qruplaşması isə helikopteri vurduqlarını açıqlayıb və hadisənin məsuliyyətini üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi