Əfqanıstanda hava zərbəsi zamanı azı 50 nəfər həlak olub

Əfqanıstanda hava zərbəsi zamanı azı 50 nəfər həlak olub Əfqanıstanın qərbindəki Herat əyalətinə endirilən hava zərbəsi nəticəsində onlarla insan həlak olub.
Digər ölkələr
22 İyul , 2020 23:48
Əfqanıstanda hava zərbəsi zamanı azı 50 nəfər həlak olub

Əfqanıstanın qərbindəki Herat əyalətinə endirilən hava zərbəsi nəticəsində onlarla insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə hadisə şahidinə istinadən RİA “Novosti” agentliyi bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, “taliblər”in komandiri Kari Qulam Nabi bu yaxınlarda Pul-e-Çarxidə həbsxanadan azad edilib. Dostları onunla görüşə gəliblər. Bu zaman endirilən hava zərbəsi azı 50 insanın həyatına son qoyub.

Yerli xəstəxananın nümayəndələrinin məlumatına görə, tibb müəssisəsinə beş yaralı gətirilib.

Hava zərbəsinin qurbanları haqqında rəsmi məlumat yoxdur, ancaq məlumata görə, həlak olanlar arasında dinc sakinlər də var.

Son xəbərlər

Orphus sistemi