Əfqanıstanda hava limanı yaxınlığında partlayış baş verib

Əfqanıstanda hava limanı yaxınlığında partlayış baş verib Əfqanıstanın paytaxtında güclü partlayış baş verib.
Digər ölkələr
28 dekabr 2021 15:51
Əfqanıstanda hava limanı yaxınlığında partlayış baş verib

Əfqanıstanın paytaxtında güclü partlayış qeydə alınıb.

"Report" yerli "Asvaka" agentliyinə istinadən xəbər verir ki, insident paytaxtın Aria rayonunda Kabil Beynəlxalq Hava Limanına gedən magistralda baş verib.

İlkin məlumatlara görə, "Taliban" silahlılarına məxsus avtomobil partladılıb. Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.

"Taliban" rəsmiləri hələlik insidentlə bağlı şərh verməyib.

Son həftələr Kabildə partlayışların sayı artıb, demək olar ki, hamısına görə məsuliyyəti İŞİD-in qolu olan "Xorasandakı İslam Dövləti" qruplaşmasının silahlıları öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi