Əfqanıstanda gün ərzində 57 silahlı zərərsizləşdirilib

Əfqanıstanda gün ərzində 57 silahlı zərərsizləşdirilib Bakı. 7 oktyabr. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstanın milli müdafiə, təhlükəsizlik və Hərbi Hava Qüvvələrinin ölkənin müxtəlif vilayətlərində birgə keçirdikləri əməliyyat zamanı onlarla silahlı zərərsizləşdirilib.
Digər ölkələr
7 Oktyabr , 2018 11:47
Əfqanıstanda gün ərzində 57 silahlı zərərsizləşdirilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstanın milli müdafiə, təhlükəsizlik və Hərbi Hava Qüvvələrinin ölkənin müxtəlif vilayətlərində birgə keçirdikləri əməliyyat zamanı onlarla silahlı zərərsizləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tolo news" telekanalı məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyinə istinadən yayılan xəbərdə bildirilir ki, son 24 saat ərzində milli müdafiə və təhlükəsizlik qüvvələri 13 vilayətdə əməliyyat keçiriblər. Güc strukturları 57 silahlını məhv ediblər, daha 8 silahlı isə yaralanıb.

Əməliyyatın gedişində həmçinin cinayətkarların silahları da məhv edilib.

Son xəbərlər

Orphus sistemi