Əfqanıstanda partlayış olub, 2 nəfər ölüb, 24 nəfər yaralanıb

Əfqanıstanda partlayış olub, 2 nəfər ölüb, 24 nəfər yaralanıb Əfqanıstanda terrorçu kamikadze həbsxana yaxınlığında partlayış törədilib.
Digər ölkələr
2 Avqust , 2020 22:00
Əfqanıstanda partlayış olub, 2 nəfər ölüb, 24 nəfər yaralanıb

Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində yerləşən həbsxananın yanında baş verən partlayış zamanı azı iki nəfər ölüb, 24 nəfər yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, partlayış zamanı 50-dən çox məhbus həbsxanadan qaçıb. Məhbusların bəziləri saxlanılıb.

“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

19:22

Əfqanıstanda terrorçu kamikadze həbsxana yaxınlığında partlayış törədib. 

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb.

Qeyd olunub ki, terrorçu kamikadze Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partladıb.

Ölkənin Ədliyyə Nazirliyi partlayışı təsdiqləyib, lakin baş vermiş hadisənin mümkün qurbanları barədə hər hansı bir məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi