​Əfqanıstanda etiraz aksiyası zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb

​Əfqanıstanda etiraz aksiyası zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb Polis hücumun qarşısını alıb və maliyyə müəssisəsini qarətdən qoruyub
Digər ölkələr
31 Yanvar , 2015 17:59
​Əfqanıstanda etiraz aksiyası zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Əfqanıstanın paytaxtı Kabulda Məhəmməd peyğəmbərin karikaturasının Parisdə çıxan "Charlie Hebdo" qəzetində çapına etiraz olaraq aksiya keçirilib.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, aksiya zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb.

Ölkənin Daxili İşlər Nazirliyi Kabul İdarəsinin rəisi general Abdul Rəhman Rəhimi bildirib ki, etiraz aksiyasının iştirakçıları bank binasına basqın etdikdən sonra asayiş keşikçilərinin üstünə hücum çəkiblər.

Polis hücumun qarşısını alıb və maliyyə müəssisəsini qarətdən qoruyub.

Hadisənin detalları, xəsarət alan və ölənlərin sayı dəqiqləşdirilir. 

Son xəbərlər

Orphus sistemi