Yuxarı
    Bağlamaq

    Əfqanıstanda "Əl-Qaidə"nin səhra komandiri öldürülüb

    Məhv edilmiş terrorçulardan biri Pərviz Müşərrəfə qarşı baş tutmamış sui-qəsddə şübhəli bilinir© Courtesy İmage

    Bakı. 21 mart. REPORT.AZ/ ABŞ-ın pilotsuz uçuş aparatı (PUA) Əfqanıstanın şərqində terrorçuların olduğu avtomobilə raket zərbəsi endirib.

    "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, pilotsuz aparat Əfqanıstanın Pakistanla sərhəd Paktika vilayətindəki şose ilə hərəkət edən minik avtomobilinə iki raket buraxıb.

    Atəş nəticəsində dörd silahlı ekstremist, o cümlədən "Əl-Qaidə"nin səhra komandirlərindən biri məhv edilib. Məhv edilmiş iki yaraqlının kimliyi müəyyənləşdirilib. Onlardan biri Yasin Kari olub. Qeyd edək ki, Pakistanın Pəncab vilayətində həmin terrorçunun başına 5 milyon pakistan rupisi (50 min dollar – "Report") mükafat təyin olunmuşdu.

    Yasin Kari prezident Pərviz Müşərrəfə qarşı baş tutmamış sui-qəsddə və Pakistan ordusunun Ravalpindi şəhərindəki qərargahına hücumda şübhəli bilinirdi.

    Məhv edilmiş digər terrorçu isə qruplaşmasının komandirlərindən olan Ustad Aslamdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi