Əfqanıstanda dini şuranın rəhbəri öldürülüb

Əfqanıstanda dini şuranın rəhbəri öldürülüb Hadisə zamanı dini şura rəhbərinin cangüdəni də öldürülüb
Digər ölkələr
10 Sentyabr , 2017 10:59
Əfqanıstanda dini şuranın rəhbəri öldürülüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Əfqanıstanın şərq vilayəti olan Kapisdə silahlılar iki nəfəri öldürüb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, öldürülənlərdən biri dini şuranın rəhəbəridir. Vilayət qubernatorunun sözlərinə görə, hücumun hədəfi məhz dini şuranın rəhbəri Molla Gül Məhəmməd Hənafər olub. O, aldığı ağır yaradan xəstəxanaya aparılarkən ölüb.

Hadisə zamanı həmçinin dini şura rəhbərinin cangüdəni də həlak olub. Bildirilir ki, hadisə motosikldən istifadə edən silahlılar tərəfindən həyata keçirilib. Hanafər avtomobilindən düşərkən silahlılar ona atəş açıblar.  

Son xəbərlər

Orphus sistemi