Yuxarı

​Əfqanıstanda daşqınlar nəticəsində 20-dən çox insan həyatını itirib

Təbii fəlakət nəticəsində təqribən 40 nəfər itkin düşüb

Bakı. 18 may. REPORT.AZ/ Əfqanıstanın şimalında yerləşən əyalətlərdən birində ən azı 24 nəfər leysan yağışları nəticəsində yaranan daşqınların qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" agentliyi məlumat yayıb.

"Səhər saatlarında Koxistanat qəzasında baş verən təbii fəlakət nəticəsində ümumilikdə daha 10 nəfər zərər çəkib, təqribən 40 nəfər itkin düşüb", — deyə agentlik administrasiya nümayəndəsi Zahir Vahdatın sözlərini sitat gətirib.

O, həmçinin qeyd edib ki, ölənlərin sayı arta bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi