Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb

Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb "Taliban" yaraqlıları Şamalgah və Fərahrod yaşayış məntəqəsində yerləşən NBM-lərə hücum ediblər
Digər ölkələr
20 Fevral , 2018 11:41
Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb

Bakı. 20 fevral. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Fərah vilayətində "Taliban" hərəkatı silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə (NBM) hücumları nəticəsində 8 polis ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, region administrasiyasından Şamalgah və Fərahrod yaşayış məntəqəsində yerləşən NBM-lərə hücum edildiyi bildirilib.

Məlumata görə, Şamalgahda 3, Fərahrodda 5 polis qətlə yetirilib. Eyni zamanda "Taliban"ın 15 silahlısı öldürülüb.

Son xəbərlər

Orphus sistemi