Yuxarı

​Əfqanıstanda bir sutkada zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb

General Əzimi bildirib ki, 6 silahlı saxlanılıb, 87 terrorçu isə yaralanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Əfqanıstan ordusu bir sutka ərzində 130 terrorçu öldürüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyinin təmsilçisi general Zahir Əzimi bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyat nəticəsində ordunun 6 əsgəri xəsarət alıb. General bildirib ki, 6 silahlı saxlanılıb, 87 terrorçu isə yaralanıb.

Xatırladaq ki, əməliyyatın keçirildiyi ərazi haqda məlumat verilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi