​Əfqanıstanda bir sutkada 23 yaraqlı öldürülüb, 25-i yaralanıb

​Əfqanıstanda bir sutkada 23 yaraqlı öldürülüb, 25-i yaralanıb Hərbçilər yaraqlılara məxsus on min partlayıcı qurğunu, eləcə də silah və sursatı məhv edib
Digər ölkələr
21 Yanvar , 2015 13:04
​Əfqanıstanda bir sutkada 23 yaraqlı öldürülüb, 25-i yaralanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstan ordusunun ölkə ərazisində keçirdiyi hərbi əməliyyat nəticəsində 23 yaraqlı zərərsizləşdirlib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

"Əfqanıstanın Milli Ordusu Qəndəhar, Qunduz və Kapisa əyalətlərində bir neçə reyd keçirib. Son sutkada 23 yaraqlı zərərsizləşdirlib, 25-i isə yaralanıb", - nazirlik bildirib.

Məlumata əsasən, hərbçilər yaraqlılara məxsus on min partlayıcı qurğunu məhv edib, eləcə də silah və sursat ələ keçiriblər.



Son xəbərlər

Orphus sistemi