Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb

Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb.
Digər ölkələr
20 Oktyabr , 2018 14:21
Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb
AFP 2018 / Noorullah Shirzada

Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin məntəqələrdə müxtəlif səbəblərdən şənbə günü səsvermənin keçirilməsi mümkün olmayıb. 

Komissiyanın sədri Əbdül Badi Səyyad bildirib ki, oktyabrın 20-də yerli vaxtla saat 13-dək açıla bilməyən seçki məntəqələri bazar günü işləyəcək.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir. Ölkənin paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi