Əfqanıstanda bir qəsəbə qar uçqunu altında qalıb, 71 nəfər ölüb

Əfqanıstanda bir qəsəbə qar uçqunu altında qalıb, 71 nəfər ölüb Yerli hakimiyyət nümayəndələri deyiblər ki, qurbanların sayının artacağı istisna deyil
Digər ölkələr
6 Fevral , 2017 14:26
Əfqanıstanda bir qəsəbə qar uçqunu altında qalıb, 71 nəfər ölüb

Bakı. 6 fevral. REPORT.AZ/ Əfqanıstanın Nuristan əyalətində baş verən qar uçqunu nəticəsində azı 45 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

“Report” “Tolo” televiziyasına istinadən xəbər verir ki, bunu əyalət qubernatorunun mətbuat xidməti bildirib.

İnformasiyaya əsasən, Bərqi-Matal qəsəbəsi tamamilə qar uçqunu altında qalıb. Yerli hakimiyyət nümayəndələri deyiblər ki, qurbanların sayının artacağı istisna deyil. 

Xəbərdə bildirilib ki, son günlər baş verən təbii fəlakət nəticəsində ölkənin Bədəxşan əyalətində 10 nəfər, Parvanda azı 14 nəfər, Bamianda azı 2 nəfər ölüb.

Qar uçqunları ölkədə infrastruktura ciddi ziyan vurub. 

Son xəbərlər

Orphus sistemi