Yuxarı
    Bağlamaq

    ​Əfqanıstanda partlayış: 19 ölü, 33 yaralı - YENİLƏNİB

    Hələlik terror aktının məsuliyyətini hər hansı bir qruplaşma öz üzərinə götürməyib

    Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Əfqanıstanın şimalındakı Faryab vilayətinin Almar qəsəbəsindəki bazarda baş verən partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

    "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, partlayış kamikadzenin üzərinə yerləşdirdiyi bomba rayon mərkəzindən keçən təhlükəsizlik qüvvələrinin maşın karvanına yaxınlaşaraq partlatması nəticəsində baş verib.

    Hələlik terror aktının məsuliyyətini hər hansı bir qruplaşma öz üzərinə götürməyib. 

    Məlumatda hadisədə ölən 19 nəfərdən 5-nin təhlükəsizlik əməkdaşı olduğu və kamikadzenin də yaşlı adam olduğu qeyd edilib. Bundan əlavə, partlayış nəticəsində əksəriyyəti mülki vətəndaş olan 33 nəfər də yaralanıb, yaralılar xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır. 

    *** 15:28

    Bu gün Əfqanıstanın Faryab vilayətindəki bazarda baş verən partlayış nəticəsində ən azı 10 nəfər həyatını itirib. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

    İnformasiya agentliklərinin məlumatına görə, partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərdən az deyil.

    Partlayıcı qurğunun insanların sıx olduğu yerdə kamikadze tərəfindən işə salındığı bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi