Əfqanıstanda baş vermiş partlayışda 5 polis əməkdaşı xəsarət alıb

Əfqanıstanda baş vermiş partlayışda 5 polis əməkdaşı xəsarət alıb Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
9 Oktyabr , 2016 16:30
Əfqanıstanda baş vermiş partlayışda 5 polis əməkdaşı xəsarət alıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 5 polis əməkdaşı xəsarət alıb.

Hadisənin törədilməsində məqsəd polis furqonunu partlatmaq olub.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi