Əfqanıstanda baş verən terror hadisəsi 6 uşağın həyatına son qoyub

Əfqanıstanda baş verən terror hadisəsi 6 uşağın həyatına son qoyub İnsident uşaqlar arasında kriket oyunu keçirilən zaman baş verib
Digər ölkələr
24 Mart , 2015 07:29
Əfqanıstanda baş verən terror hadisəsi 6 uşağın həyatına son qoyub

Bakı. 24 mart. REPORT.AZ/Əfqanıstanda baş verən terror hadisəsi nəticəsində 6 uşaq ölüb, 10-u yaralanıb. İnsident uşaqlar arasında kriket oyunu keçirilən zaman baş verib.

"Report" AZƏRTAC-aistinadən xəbər verir ki, ilkin məlumata əsasən, idman meydançasında velosipedə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, 2014-cü ilin noyabrında Əfqanıstanın Paktika əyalətində voleybol matçında törədilən terror aktı 45 nəfərin həyatına son qoymuş, 50 nəfərdən artıq insan xəsarət almışdı.

Son xəbərlər

Orphus sistemi