Yuxarı

Əfqanıstanda baş verən daşqınlar nəticəsində 11 nəfər ölüb

Gor-Herat avtomobil yolu bağlanıb

Bakı. 13 may. REPORT.AZ/ Əfqanıstanın Gor əyalətində aramsız yağan leysan yağışları nəticəsində əmələ gələn su daşqınları 11 nəfərin ölümünə səbəb olub. "Report" "Tolonews"a istinadən xəbər verir ki, bunu Əfqanıstan Milli Föqəladə Hallar İdarəsinin direktoru Həmidullah Dadfər bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 4 nəfər Şəhrək, 4 nəfər Du Layna, 3 nəfər isə əyalətin mərkəzi Əliyar rayonunda ölüb.

H.Dadfər deyib ki, daşqınlar nəticəsində Gor-Herat avtomobil yolu bağlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi