Yuxarı
    Bağlamaq

    Əfqanıstanda bankın yaxınlığında partlayış olub, 24 nəfər ölüb, 60 nəfər yaralanıb

    Qubernator: Partlayış hərbçilər və mülki vətəndaşlar aylıq əmək haqlarını bankdan almağa gedərkən törədilib”

    Bakı. 22 iyun. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində “New Kabul Bank” nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb.

    “Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bu barədə Gilmənd əyalətinin qubernatoru Ömər Zvak “Twitter” səhifəsində yazıb.

    Qubernator bildirib ki, ölənlər arasında hərbçilər də var: “Partlayış hərbçilər və mülki vətəndaşlar aylıq əmək haqlarını bankdan almağa gedərkən törədilib”.

    Bir müddət əvvəl isə telekanal silahlı qrupun əyalətin “New Kabul Bank”ın Ləşgərgah şəhərindəki bölməsinə hücum etdiyi barədə məlumat yaymışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi