Əfqanıstanda azı 27 uşaq şaxtalı havanın qurbanı olub

Əfqanıstanda azı 27 uşaq şaxtalı havanın qurbanı olub Son günlər Əfqanıstanın şimalında güclü qar yağıb və havalar şaxtalı keçir
Digər ölkələr
26 Yanvar , 2017 11:38
Əfqanıstanda azı 27 uşaq şaxtalı havanın qurbanı olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimalında havaların şaxtalı keçməsi səbəbindən azı 27 uşaq ölüb.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət nümayəndələri bildirib.

İnformasiyaya əsasən, uşaqlar ölkənin Dərzab qəzasının Cauzcan bölgəsində əlverişsiz havanın qurbanı olublar.

Qeyd edək ki, son günlər Əfqanıstanın şimalına güclü qar yağıb, havalar şaxtalı keçir. 

Son xəbərlər

Orphus sistemi