Bakı. 18 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Gilmənd əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, ən azı 31 nəfər xəsarət alıb.
"Report"un "Pajvak"a istinadən verdiyi xəbərə görə, hadisə əyalətin paytaxtı Laşkarqaxedə baş verib.
Partlayış polis karvanına qarşı törədilib. Hələlik partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib.