​Əfqanıstanda avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb

​Əfqanıstanda avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb Ölənlər arasında iki uşaq da var
Digər ölkələr
10 May , 2016 21:04
​Əfqanıstanda avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb

Bakı. 10 may. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ən azı 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə əyalət rəhbərliyinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Terrorçu avtomobildə quraşdırılan partlayıcı qurğunu yerli vaxtla 17.30 radələrində hökumətyönlü lider Malik Dehqanın Nazyan dairəsində yerləşən evi yaxınlığında partladıb. Ölənlər arasında iki uşaq var.

Agentliyin məlumatına görə, yerli könüllülərdən ibarət qrupun lideri olan Dehqan hücum nəticəsində yaralanıb.

Hazırda heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi